Dek
2023
14:54
7
56
2653
Virtual karabakh

Qızılca əleyhinə peyvənd kimlərə vurula bilməz? TƏBİB-dən AÇIQLAMA

1 Dek, 2023
14:54
2653

Qızılca əleyhinə peyvənd kimlərə vurula bilməz? TƏBİB-dən AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hamilələr və digər yanaşı xəstəliyi olanlar üçün qızılca əleyhinə peyvənd vurulması əks göstərişdir”.

Oxu.Az xəbər verir ki, bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Tibbi Xidmətlərin İnkişafı Departamentinin Yoluxucu Xəstəliklər və İnfeksion Nəzarətin Təşkili Şöbəsinin baş məsləhətçisi Turan İbrahimova deyib.

T.İbrahimova qeyd edib ki, qızılca çox yüksək yoluxuculuğa malik xəstəlikdir:

“Bir otaqda qızılca xəstəliyi olan şəxs otaqda olan xəstəliyə yoluxmayan və peyvənd etdirməyən şəxsləri anında yoluxdura bilər. Bu xəstəlik əsasən uşaqlıq dövrü xəstəliyidir. Lakin uşaqlıqda bu xəstəliyi keçirməyibsə, sonradan yoluxma ehtimalı var. Yetkin yaşlarda da müşahidə oluna bilər. İlk əlaməti temperatur yüksəlir, bədənə ləkələr düşür”.

Onun sözlərinə görə, 5 yaşından aşağı, 20 yaşından yuxarı şəxslər risk qrupuna aiddir:

“Qızılca xəstəliyinin müalicəsi yoxdur. Yalnız simptomatik müalicəsi var. Ağırlaşması olmayan şəxslər ev şəraitində müalicə ala bilirlər. Peyvənd vurdurmayan şəxslər risk qrupuna aiddir. Valideynlər ağırlaşma riski olduqda, qızdırma pikləri olduqda dərhal ailə həkimləri ilə əlaqə saxlanılmalı, yaxud tibb müəssisəsində stasionar şəkildə müalicə aparılmalıdır. Ağırlaşma halları həm uşaqlar, həm də böyüklər arasında müşahidə oluna bilər. İmmun sistemi zəif olanlar, kimya terapiya qəbul edənlər, hamilələr üçün riskdir. Onların ağırlaşmaları da yüksəkdir. Canlı peyvənd olduğu üçün hamilələr vurdura bilməzlər”.

Nəzrin Vahid

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri