Dek
2023
06:00
9
170
2084
Virtual karabakh

Kürdəmirdə Türkiyə vətəndaşının idarə etdiyi avtomobil piyadanı vuraraq öldürüb - VİDEO

3 Dek, 2023
06:00
2084

Kürdəmirdə Türkiyə vətəndaşının idarə etdiyi avtomobil piyadanı vuraraq öldürüb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kürdəmir rayonunda Türkiyə vətəndaşının idarə etdiyi avtomobil piyadanı vuraraq öldürüb.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun Sor-Sor kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Nuray Kırcı “KİA Optima” markalı nəqliyyat vasitəsi ilə İmişli istiqamətində hərəkətdə olarkən yol kənarında dayanmış “Mitsubishi” markalı avtomobilə minmək istəyən Ağcabədi rayon sakini 1972-ci il təvəllüdlü Natavan Eldar qızı Abdullayevanı vurub.

Hadisə zamanı zərbənin təsirindən bir neçə metr aralıya düşən piyada elə hadisə yerindəcə dünyasını dəyişib.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri