Dek
2023
21:36
9
151
1578
Virtual karabakh

Şəhriyar qəsəbəsinin bir hissəsi susuz qalıb - VİDEO

3 Dek, 2023
21:36
1578

Şəhriyar qəsəbəsinin bir hissəsi susuz qalıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şamaxı rayonunun Şəhriyar qəsəbəsinin bir hissəsi susuz qalıb.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər yay-qış su daşımaq məcburiyyətindədir.

Onların sözlərinə görə, bir neçə ildir ki, bulaqların suyu quruyub.

Ona görə də qəsəbə sakinləri suya olan tələbatlarını yaşadıqları məhəllədən çox uzaqda yerləşən bulaqlar vasitəsilə təmin edirlər.

Məsələ ilə əlaqədar “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Regional Su kanal İdarəsinin İstehsalat şöbəsinin rəisi Rufət Qurbanov bildirib ki, Şəhriyar qəsəbəsinin təchizatı və kanalizasiya şəbəkəsinin layihəsi hazırlanıb və adiyyəti qurumlara təqdim olunub Layihənin gələn ilin dövlət  proqramına salınması nəzərdə tutulub.

Qeyd edək ki, sözügedən ərazidə iki minə yaxın sakin yaşayır.

Daha ətraflı süjetdə:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri