Dek
2023
13:24
63
4
1612
Virtual karabakh

Bir milyon manatlıq dələduzluqda təqsirləndirilən bələdiyyə sədri ilə bacısına hökm oxunub

5 Dek, 2023
13:24
1612

Bir milyon manatlıq dələduzluqda təqsirləndirilən bələdiyyə sədri ilə bacısına hökm oxunub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dələduzluqda təqsirləndirilən Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Təşkilatının keçmiş sədr müavini, Binəqədi qəsəbə bələdiyyəsinin sabiq sədri Aytac Əliyeva və bacısı İlknur Turkuta hökm oxunub.

“Report” xəbər verir ki, hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, Aytac Əliyeva yeddi, bacısı İlknur Turkut isə altı il müddətinə azadlıqdan məhrum ediliblər.

Xatırladaq ki, ötən prosesdə prokuror Aytac Əliyevanın doqquz, bacısı İlknur Turkutun isə səkkiz il müddətinə azadlıqdan məhrum edilmələrini istəmişdi.

Qeyd edək ki, ilkin məlumata görə, A.Əliyeva bacısı İ.Turkut ilə birgə qızıl alveri etmək məqsədilə iki vətəndaşa qarşı dələduzluq edib. Belə ki, onlar vətəndaşların birindən 200 000, digərindən isə 189 000 manat pulu dələduzluq yolu ilə ələ keçiriblər. Eyni zamanda, A.Əliyeva Binəqədi qəsəbəsi bələdiyyəsinin adından torpaq sahəsi ayrılmasına dair saxta sənədlər düzəldərək satıb. Araşdırma zamanı məlum olub ki, bacılar daha doqquz nəfərə qarşı dələduzluq edib. Onlar zərərçəkmişlərə ümumilikdə bir milyon manata yaxın ziyan vurublar.

Cinayət işi üzrə ümumilikdə 11 zərərçəkmiş var.

Aytac Əliyeva və bacısı İlknur Turkut Bakı Şəhər Baş Polis İdarəsində aparılan təhqiqat zamanı həbs ediliblər.

A.Əliyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320-ci (saxta sənəd hazırlama) maddələri, bacısı İlknur Turkut isə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunublar. A.Əliyeva həbsdə, İ.Turkut isə ev dustaqlığında idi.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri