Dek
2023
11:02
4
53
612
Virtual karabakh

Sədr zorakılıqla bağlı daxil olan müraciətlərin sayını AÇIQLAYIB

6 Dek, 2023
11:02
612

Sədr zorakılıqla bağlı daxil olan müraciətlərin sayını AÇIQLAYIB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ailə-məişət xarakterli zorakılıq əməllərinin qarşısının vaxtında alınması üçün operativ tədbirlər görülür”.

Oxu.Az-ın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Dövlət Komitəsinə hər il təqribən 400-ə yaxın müraciət daxil olur:

“Hər bir müraciət nəzarətə götürülür, zərər çəkmiş şəxslərə dəstək məqsədilə dövlət orqanları arasında əlaqələndirmə həyata keçirilir.

Mən zərər çəkmiş şəxslərin aşkarlanmasında vətəndaş cəmiyyətinin və media subyektlərinin, xüsusilə də sosial medianın rolunu xüsusilə vurğulamaq istəyirəm. Məişət zorakılığı halları indi həm də bu təsisatların sayəsində aşkar edilir, ictimaiyyətin və dövlət orqanlarının diqqətinə çatdırılır.

Məlumdur ki, bu növ məlumatların yayılması fərdin insan hüquqlarına hörmət edilməsi prinsipini nəzərə almaqla xüsusi yanaşma tələb edir”.

Sədr əlavə edib ki, yerli icra hakimiyyəti orqanlarında monitorinq qruplarının fəaliyyəti təkmilləşdirilib:

“Əvvəlki illərlə müqayisədə bu orqanlar tərəfindən verilən qısamüddətli mühafizə orderlərinin sayı dəfələrlə artıb. Rəqəmlərə nəzər salsaq, 2020-də 38, 2022-də 148, 2023-cü ilin ilk 9 ayı ərzində isə bu rəqəm 139 olub.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri