Dek
2023
11:26
4
76
752
Virtual karabakh

Hicran Hüseynova: “Azərbaycanda qadınları selektiv abortlara məcbur edirlər”

6 Dek, 2023
11:26
752

Hicran Hüseynova: “Azərbaycanda qadınları selektiv abortlara məcbur edirlər”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu gün Azərbaycanda qadınları selektiv abortlara məcbur edirlər. Bu, Azərbaycan cəmiyyətinə yaraşmayan haldır”. 

Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclisin Ailə, qadın və uşaq problemləri komitəsinin sədri, millət vəkili Hicran Hüseynova “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda beynəlxalq konfransda deyib. 

Onun sözlərinə görə, məcburiyyət nəticəsində Azərbaycan bir sıra ölkələri qabaqlayıb:

“Bu, bizə yaraşan haldır? Bizim məqsədimiz budurmu? Selektiv abortların qarşısının alınması üçün qanunlar qəbul edilib, cərimələr müəyyən edilib. Lakin nəticələr göstərir ki, işləmir. Demək, müdaxilələr var. Cəzalandırma tədbirləri gücləndirilməlidir. İnsanlar arasında ictimai qınaq formalaşmalıdır”. 

O qeyd edib ki, yeniyetmə qızların ərə verilməsində polisin gəlməsi, komitənin müdaxiləsi gözlənilir:

“İnsanlar qarşılarında görülən hadisəyə niyə reaksiya vermirlər? Gözlərini yumurlar ki, ailədaxili məsələdir, qarışa bilməzlər. Lakin gələcəkdə özləri də belə hallarla qarşılaşa bilərlər. İctimai qınaq güclənsə, vəziyyət dəyişə bilər”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri