Dek
2023
00:22
17
114
2649
Virtual karabakh

Sumqayıtda niyə marşrut problemi yaşanır? - VİDEO

8 Dek, 2023
00:22
2649

Sumqayıtda niyə marşrut problemi yaşanır? - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıtda üç mindən çox əhalinin yaşadığı ərazidə marşrut problemi yaşanır. Məmməd Səid Ordubadi küçəsinin sakinləri deyirlər ki, bu ərazidə bir marşrut xətti üzrə cəmi iki avtobus fəaliyyət göstərir. Onlar da bir saat intervalla gəlir və yolu axıra qədər getmir. 

Xezerxeber.az-ın məlumatına görə, yolun bərbad halda olması isə marşrut avtobuslarının işini daha da çətinləşdirir.

Xüsusən də payız və qış aylarında avtobusların sürücüləri hərəkət sxeminə əməl etmirlər. Avtobus sürücüləri də deyirlər ki, sonuncu dayanacağa qədər getməmələrinin səbəbi yolun bərbad halda olmasıdır.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bildirilib ki, məsələdən xəbərdardırlar. 16, 19 saylı marşrut üzrə hərəkət edən avtobusların sona qədər getməməsi yolun təmirsiz olması ilə əlaqədardır. Əgər Məmməd Səid Ordubadi küçəsi sona qədər abadlaşdırılsa, avtobuslar öz fəaliyyətini bu hərəkət sxemi ilə qura bilər. Sumqayıt şəhər Bələdiyyəsindən isə bildirildi ki, yolun təmiri və asfaltlanması 2024-cü ilin birinci rübündəki tədbirlər planına salınıb.

Daha ətraflı süjetdə:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri