10 
Dek
2023
23:22
11
94
1336
Virtual karabakh

Sabirabadda avtomobillər toqquşdu: Xəsarət alanlar var

10 Dek, 2023
23:22
1336

Sabirabadda avtomobillər toqquşdu: Xəsarət alanlar var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabirabadda “Niva” və “Mersedes” markalı avtomobillərin toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb.

“Report”un məlumatına görə, hadisə Qaratoğay kəndində qeydə alınıb.

Qəza zamanı kənd sakinləri - 1959-cu il təvəllüdlü İradə Hacımayıl qızı Kərimova, 1998-ci il təvəllüdlü Zinyət Qurban qızı Bağırzadə və Fərziyyə Hacımayıl qızı Bağırova müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri