11 
Dek
2023
17:40
28
74
1126
Virtual karabakh

Abbas İsmayılov: “Naxçıvanda 18 mindən çox uşaq məktəbəqədər təhsil pilləsindən kənarda qalıb”

11 Dek, 2023
17:40
1126

Abbas İsmayılov: “Naxçıvanda 18 mindən çox uşaq məktəbəqədər təhsil pilləsindən kənarda qalıb”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Muxtar respublikada məktəbəqədər təhsil müəssisəsi olan bağçaların çatışmazlığından ümumilikdə 18 171 uşaq (1-5 yaş aralığı) məktəbəqədər təhsil pilləsindən kənarda qalır. Muxtar respublikada məktəbəqədər təhsil pilləsindən kənarda qalan uşaqlar üçün 50-dən çox bağçaya ehtiyac vardır”.

Bu sözləri bu gün Naxçıvanda sahibkarların iştirakı ilə ilk dəfə keçirilən infoturda APA-nın yerli bürosuna açıqlamasında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat naziri vəzifəsinin icraçısı, nazir müavini Abbas İsmayılov deyib.

O bildirib ki, muxtar respublikada ümumilikdə 20 məktəbəqədər dövlət təhsil müəssisəsi olan bağça fəaliyyət göstərir:

“Bu bağçalarda 201 qrup üzrə ümumilikdə 3 775 uşaq tərbiyə alır. Bağçalarda orta hesabla ümumilikdə 900-dan çox işçi çalışır. Bir bağçaya düşən işçi sayı orta hesabla 45 nəfər, bir bağçaya düşən uşaq sayı təqribən 220 nəfərdir. Muxtar respublikada məktəbəqədər təhsil müəssisəsi olan bağçaların çatışmazlığından ümumilikdə 18 171 uşaq (1-5 yaş aralığı) məktəbəqədər təhsil pilləsindən kənarda qalır. Məktəbəqədər təhsil pilləsindən kənarda qalanların 2 345-i, yəni 13 faizi Naxçıvan şəhərinin, 15 826-sı, yəni 87 faizi isə rayonların payına düşür”.

“Ümumilikdə muxtar respublika üzrə müvafiq yaş qrupu üzrə 21 946 uşaqdan yalnız 17 faizi (3 775 uşaq) bağçaya gedə bilir. Beləliklə muxtar respublikada məktəbəqədər təhsil pilləsindən kənarda qalan uşaqlar üçün 50-dən çox bağçaya ehtiyac var. Bütün bunlar bu sahənin perspektiv inkişafa nə qədər uyğun olduğunu göstərir. Həmçinin qeyd edilən sayda bağçanın muxtar respublikada tikilməsi və fəaliyyətə başlaması özlüyündə məşğulluğun təmin olunmasına böyük töhfələr verə bilər”, - deyə Abbas İsmayılov vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri