11 
Dek
2023
19:32
51
11
1587
Virtual karabakh

Tibb müəssisəsinin sabiq şöbə müdirinə hökm oxunub - VİDEO

11 Dek, 2023
19:32
1587

Tibb müəssisəsinin sabiq şöbə müdirinə hökm oxunub - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Salyan Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin sabiq müdiri Xanış Abbasova hökm oxunub.

“Report” xəbər verir ki, hökm Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Nahid Hüseynov tərəfindən elan olunub.

Sabiq şöbə müdiri iki il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə beş il üç ay müddətə azadlıqdan məhrum edilib.

Ona təyin olunmuş cəza iki il şərti cəza ilə əvəz olunub.

İttiham aktına əsasən, o, əlillik dərəcəsinin təyin olunması üçün müxtəlif şəxslərdən aldığı rüşvət müqabilində xəstəlik diaqnozu və stasionar müalicəyə dair tibbi sənədlərin məzmununa yalan məlumatlar daxil edib.

Ona qarşı Cinayət Məcəlləsinin 311.2 (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri