Əməkdar artist, qarmon ifaçısı Gülbahar Şükürlü dəfn olunub.
Oxu.Az bildirir ki, Gülbahar Şükürlünün nəşi Buzovnadakı “Əli ayağı” məscid-ziyarətgah kompleksinin yaxınlığındakı qəbiristanlıqda, həyat yoldaşının məzarının yanında dəfn edilib.
12:20
Əməkdar artist, qarmon ifaçısı Gülbahar Şükürlü ilə vida mərasimi başa çatıb.
Oxu.Az-ın məlumatına görə, Gülbahar Şükürlünün nəşi dəfn olunması üçün Buzovnadakı “Əli ayağı” məscid-ziyarətgah kompleksinin yaxınlığındakı qəbiristanlığa aparılır.
11:28
Mərhum qarmon ifaçısı, Əməkdar artist Gülbahar Şükürlü Buzovna qəsəbəsində, həyat yoldaşının yanında dəfn olunacaq.
Bu barədə Oxu.Az-a onun ailə üzvləri bildiriblər.
10:42
Mərhum qarmon ifaçısı, Əməkdar artist Gülbahar Şükürlü ilə vida mərasimi keçirilir.
Bu barədə Oxu.Az-a Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Əməkdar artistlə vida mərasimi Buzovna qəsəbəsindəki evində keçirilir.
Daha çox foto burada: PhotoStock.az
Nəzrin Vahid