Fev
2024
18:10
19
454
8078
Virtual karabakh

Zaqatalada avtomobillə iki şagirdi vuraraq öldürən sürücü saxlanılıb - YENİLƏNİB + FOTO/VİDEO

8 Fev, 2024
18:10
8078

Zaqatalada avtomobillə iki şagirdi vuraraq öldürən sürücü saxlanılıb - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Zaqatalada avtomobillə iki şagirdi vuraraq öldürən sürücü saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

“Sürücülük hüququ olmadan avtomobil idarə edən şəxs törətdiyi ağır cinayət əməlinə görə polis əməkdaşları tərəfindən tutulub. Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir”, - qurumdan qeyd olunub.

16:38

Bu gün, saat 13:00 radələrində Zaqatala şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə məhkum olunmuş, Emin Oqtay oğlu İbrahimov sürücülük hüququ olmadan, eləcə də etibarnaməsiz idarə etdiyi “Mercedes-Benz” markalı, 39-BB-320 dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala rayonunun Göyəm kəndi ərazisində hərəkətdə olarkən sərt döngədə idarəetməni itirməsi nəticəsində yolun kənarı ilə gedən 2013-cü il təvəllüdlü üç məktəblini vurub.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, hadisə nəticəsində azyaşlılardan Ramazan İsayev və Kamal Permadov hadisə yerində həyatlarını itirib, İbrahim İbrahimzadə isə xəsarətlə Zaqatala rayon Diaqnostika Mərkəzinə yerləşdirilib. Dərhal hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

DİN-in Baş DYP İdarəsi bir daha sürücülük hüququ olmadan sükan arxasına əyləşən şəxslərə müraciət edərək onları bu ağır yol-nəqliyyat hadisəsindən düzgün nəticə çıxarmağa, həm özlərinin, həm də neçə-neçə məsum insanın həyat və sağlamlığını təhlükəyə atmamağa çağırır.

15:47

Fevralın 8-də Zaqatala rayonu Göyəm kənd tam orta məktəbinin 5-ci sinif şagirdləri olan  İbrahimzadə İbrahim Əziz oğlu,  İsayev Ramazan Babək oğlu və  Permadov Kamal Elçin oğlunu dərs məşğələləri qurtardıqdan sonra evə qayıdarkən yolda avtomobil vurub.

Bu barədə Oxu.Az-a Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, məktəblilərdən ikisi - Ramazan Babək oğlu İsayev və Kamal Elçin oğlu Permadov elə hadisə yerindəcə dünyasını dəyişiblər. İbrahim Əziz oğlu İbrahimzadə isə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyəti ağır olaraq qalır.

15:31

Zaqatalada iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, fevralın 8-i saat 13 radələrində Zaqatala rayonunun Göyəm kəndi ərazisində Emin İbrahimov idarə etdiyi “Mercedes-Benz” markalı avtomobil ilə piyadalar, 2013-cü il təvəllüdlü üç azyaşlını vurub. Onlardan ikisi vəfat edib, digəri isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb.

14:42

Zaqatalada üç məktəblini maşın vurub. 

Lent.az xəbər verir ki, hadisə rayonun Göyəm kəndində qeydə alınıb. 

Dərsdən çıxıb evə gedən üç məktəblini “Mercedes-Benz” markalı maşın vurub. 

İlkin məlumata görə, nəticədə məktəblilərdən ikisi ölüb, birinin vəziyyəti ağırdır. 

Hazırda hadisə yerində araşdırma aparılır. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri