Rusiyanın Tula vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, ad günündən qayıdan azərbaycanlı gənclər qəzaya düşüblər.
Həmyerlimiz Sənan Ağabala oğlu Qədirov hadisə yerində dünyasını dəyişib.
Avtomobildə olan digər sərnişin Sənan Vaqif oğlu Mirzəyevin isə vəziyyəti ağırdır.
Qeyd edək ki, hadisəyə səbəb Sənan Qədirovun sevdiyi qızın doğum günündə sərxoş olaraq sükan arxasına əyləşməsi olub.
Qəzaya uğrayan gənclər Ucarın Lək kəndində yaşayıblar. Məktəbi burada bitirən gənclər daha sonra ailələri ilə birgə Rusiyaya köçüblər.
Aytac Qasımova
Rəylər