Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən “Mont Inn” hotelində yanğın baş verməsi barədə məlumat daxil olub.
Bununla bağlı FHN məlumat yayıb.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri dərhal hadisə yerinə cəlb olunublar.
Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının ümumi sahəsi 5250 kvadratmetr olan altımərtəbəli hotelin 3-cü mərtəbəsində yerləşən otaqlardan birində baş verdiyi müəyyən olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənərək hotel binasına yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində binanın üçüncü mərtəbəsində bir otağın yanar konstruksiyaları 42 kvadratmetr sahədə yanıb. Hadisə zamanı FHN qüvvələri tərəfindən hoteldə olan 25 nəfər təhlükəsizlik tədbirləri çərçivəsində təxliyə edilib.
08:10
Bakının Nərimanov rayonunda yerləşən “Mont Inn” hotelində yanğın baş verib.
Oxu.Az xəbər verir ki, alov hotelin üçüncü mərtəbəsində başlayıb.
Hadisə ilə əlaqədar Ağa Nemətulla küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində hoteldə yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumat qəbul ediləndən dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb. Əlavə məlumat veriləcək.
Rəylər