Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Almaniya əks-kəşfiyyatının keçmiş rəhbəri sağçı partiya yaradıb
Almaniya əks-kəşfiyyatının keçmiş rəisi Hans-Georg Maassen yeni sağçı partiya olan “Verteunion”nu (Dəyərlər İttifaqı) təsis edib.
O, 2018-ci ildə Almaniya Konstitusiyasının Müdafiəsi İdarəsinin (BfV - əks-kəşfiyyat) rəhbəri vəzifəsindən qovulub.
İddia olunur ki, siyasətçi ifrat sağçı təşkilatların yaratdığı təhlükəyə məhəl qoymamaqda ittiham edildikdən sonra postunu itirib.
Xüsusilə, o, Almaniyanın Xemnits şəhərində millətçilərin miqrantları ələ saldığını göstərən videonun həqiqiliyini şübhə altına alıb.
Maassen immiqrasiya məsələlərində getdikcə daha radikal şərhləri ilə tanınıb və ifrat sağçı fəalların qəhrəmanına çevrilib.
Mənbə: RenTV
"Almaniya" teqi üzrə xəbərlər
- Üç Avropa ölkəsinin səfiri İran XİN-ə çağırıldı
- Almaniya kəşfiyyatı koronavirus pandemiyasının baş vermə səbəbini açıqladı
- "Volkswagen" Almaniya ordusu üçün silah istehsalına başlaya bilər
- Almaniyada narkotik böhranı: Qeyri-qanuni maddələrə qarşı siyasət nəzarətdən çıxıb
- Hamburq aeroportunun işi iflic oldu: Bütün reyslər ləğv edildi