22 
Fev
2024
15:24
9
162
884
Virtual karabakh

İki yaşlı Asimin əlləri yanıb: Müalicə üçün dəstəyə ehtiyacları var - FOTO

22 Fev, 2024
15:24
884

İki yaşlı Asimin əlləri yanıb: Müalicə üçün dəstəyə ehtiyacları var - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İki yaşlı Asimin sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Aybəniz Əliyeva məlumat verib.

O bildirib ki, övladı oktyabrın 20-də yaşadıqları evdə yanıb.

“Asimin iki yaşı var. Anadangəlmə autizm sindromludur. Oktyabrın 20-də yaşadığımız evdə əlini su dolu isti qazana salıb. Əlləri tamamilə yanıb. Hadisə günü bizi Bakıda yerləşən xəstəxanalardan birinə göndərdilər. Bir müddət xəstəxanada qalıb, imkan olmadığı üçün evə çıxdıq. Evdə müalicələrini davam edirik. Mazlarını vaxtında çəkməyəndə yaraları suluqlayır, açılır. Hazırda müalicəni davam etdirmək üçün 700 manata ehtiyacımız var. Övladımın ağrıları çox şiddətlidir. Nə susur, nə də ağrıdan rahatlıq tapır. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (070) 500-21-32.

Kapital Bank: 4169 7388 5931 9927.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri