22 
Fev
2024
21:38
16
130
1616
Virtual karabakh

Yeni Suraxanı sakinlərinin şikayətinə niyə baxılmır? - İDDİA + VİDEO

22 Fev, 2024
21:38
1616

Yeni Suraxanı sakinlərinin şikayətinə niyə baxılmır? - İDDİA + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yeni Suraxanı rayonu, 14 İyul küçəsindəki sakinlər yol problemindən əziyyət çəkirlər.

Belə ki, sözügedən ərazidə bütün məhəllələrə asfalt örtüyü döşənsə də, 4-cü məhəllə asfaltlanmayıb. Sakinlər deyirlər ki, təxminən 500 metr məsafəni palçıqlı yolla getmək məcburiyyətində qalırlar.

Onların sözlərinə görə, yağışlı havalarda vəziyyət daha bərbad olur:

“Bütün küçələr, hətta yaşayış olmayan yerlər də asfaltlandı, amma bizim küçəmiz qaldı. Dəfələrlə aidiyyəti qurumlara müraciət etdik, şikayətlərimizi bildirdik. Amma bizim şikayətlərə baxılmadı”.

Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətindən bildirilib ki, bütün asfaltsız küçələrin siyahısı aidiyyəti quruma təqdim olunub: “Hətta növbəti hazırlanan proqrama da salınıb. Avtomobil Yolları Dövlət Agentliyinin (AYDA) tərəfindən növbəti illərdə sözügedən ərazi asfaltlanacaq”. 

Ətraflı Baku TV-nin süjetində:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri