23 
Fev
2024
18:50
50
122
1370
Virtual karabakh

Xəzər rayonun Türkan qəsəbəsi tullantılardan təmizlənib - YENİLƏNİB + FOTO/VİDEO

23 Fev, 2024
18:50
1370

Xəzər rayonun Türkan qəsəbəsi tullantılardan təmizlənib - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəzər rayonun Türkan qəsəbəsi tullantılardan təmizlənib.

Bu barədə Oxu.Az-a Xəzər Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, sözügedən ərazi tullantılardan təmizlənib.

14:56

Xəzər rayonun Türkan qəsəbəsinin sakinləri ərazidə antisanitar vəziyyətin hökm sürdüyünü bildirirlər.

Qəsəbə sakinləri şikayətlərini Oxu.Az-ın redaksiyasına ünvanlayıblar.

Sakinlər zibil yeşiklərinin vaxtlı-vaxtından təmizlənmədiyini qeyd ediblər:

“Qəsəbədə antisanitar vəziyyət hökm sürür. Qəsəbədə küçəyə qoyulan zibil qutularını zamanında təmizləmirlər. Nəzarət yoxdur. Külək vurur, zibil ətrafa yayılır. Yayda zibil qalıqlarının əlindən tərpənmək mümkün olmur.

Bir dəfə şikayət olunub. Təmizlənib. Hər dəfə şikayət etməliyik? Bu mütəmadi olmalıdır. Zibil qutuları qoyulubsa, təmizlənməlidir. Xəstəlik yayır”.

Məsələyə aydınlıq gətirilməsi üçün Xəzər Rayonu İcra Hakimiyyətinə sorğu ünvanlamışıq.

Həmin görüntüləri təqdim edirik:

 

Nəzrin Vahid

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri