23 
Fev
2024
23:58
17
147
1996
Virtual karabakh

Gəncədə 12 yaşlı qızına xəsarət yetirməkdə şübhəli bilinən ata saxlanılıb - YENİLƏNİB

23 Fev, 2024
23:58
1996

Gəncədə 12 yaşlı qızına xəsarət yetirməkdə şübhəli bilinən ata saxlanılıb - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

12 yaşlı qıza xəsarət yetirməkdə şübhəli bilinən atası saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.Az-a açıqlamasında bildirib ki, faktla bağlı Gəncə Şəhər Baş Polis əməkdaşları hadisə yerinə gəliblər:

“Aparılan tədbirlər nəticəsində 12 yaşlı qıza xəsarət yetirməkdə şübhəli bilinən atası İlham İsrafilov saxlanılıb. Araşdırmalar davam etdirilir”.

23:34

Gəncədə ailədaxili mübahisə qanla bitib.

Oxu.az-ın əldə etdiyi məlumata görə, hadisə şəhərin Şahsevərlər küçəsində qeydə alınıb.

Belə ki, İlham İsrafilov həyat yoldaşı Könül İsrafilovla mübahisə edib. Bu zaman hadisənin qarşısını almaq istəyən, cütlüyün 12 yaşlı qızı xəsarət alıb.

Hadisə nəticəsində 2012-ci il təvəllüdlü Aysu İsrafilli bud nahiyyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yeniyetməyə yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri