24 
Fev
2024
11:37
59
23
1401
Virtual karabakh

Bakıda Küveytin bayramı: Səfir və nazir müavini nə dedilər?

24 Fev, 2024
11:37
1401

Bakıda Küveytin bayramı: Səfir və nazir müavini nə dedilər?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Küveyt Dövlətinin Azərbaycandakı səfirliyi ölkəsinin 63-cü Milli Günü və 33-cü Azadlıq Gününün ildönümü münasibətilə tədbir keçirib. 

Oxu.Az-ın məlumatına əsasən, Küveytin səfiri Abdullah Mohamed Abdullah Almauidi deyib ki, ölkəsi ilə Azərbaycan beynəlxalq arenada bir çox məsələlərdə qarşılıqlı dəstək nümayiş etdirirlər. 

Səfir Azərbaycanla Küveyt arasındakı parlamentlər səviyyəsindəki əlaqələrdən də danışıb. “Hər iki ölkənin parlamentində dostluq qrupları fəaliyyət göstərir və müxtəlif parlament təsisatlarında onlar arasında davamlı əlaqə mövcuddur”, - deyə səfir əlavə edib. 

Səfir Azərbaycanla Küveyt arasındakı turizm əlaqələrindən də bəhs edib. O bildirib ki, Küveytdən Azərbaycana turist axını artıb. 

“2023-cü ildə Azərbaycana gələn küveytli turistlərin sayı keçən ilə nisbətən artaraq 30 min nəfərə yaxın olub. Bu artımda ölkələrimiz arasında müntəzəm birbaşa aviareyslərin həyata keçirilməsinin də böyük rolu var”, - deyə səfir qeyd edib. 

Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev qeyd edib ki, Küveyt Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəkləyib. Nazir müavini Azərbaycan-Küveyt dostluğunun tarixi və mədəni köklərə söykəndiyini bildirib. “Azərbaycan və Küveyt arasında həm ikitərəfli, həm də çoxtərəfli sahədə əməkdaşlıq var. Beynəlxalq təşkilatlar çərçivəsində də münasibətlərimizi uğurla davam etdiririk”, -  deyə Yalçın Rəfiyev əlavə edib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri