26 
Fev
2024
00:21
5
110
1146
Virtual karabakh

Zaqatalada dördotaqlı ev yanıb

26 Fev, 2024
00:21
1146

Zaqatalada dördotaqlı ev yanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Zaqatalada dördotaqlı fərdi yaşayış evində yanğın olub.

Bu barədə Fövqaladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, yanğın rayonun Aşağı Tala kəndində, kənd sakini Kənan Hacıməhəmməd oğlu Rəcəbova məxsus, ümumi sahəsi 100 kvadratmetr olan kürsülü birmərtəbəli dördotaqdan ibarət fərdi yaşayış evində baş verib.

Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.

Yanğın nəticəsində 40 kvadratmetr olan bir otağın yanar konstruksiyası əşyaları ilə birlikdə və daş örtüyünün 10 kvadratmetrlik sahəsi yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri