28 
Fev
2024
11:52
4
148
1594
Virtual karabakh

Ermənilər Malıbəyli kəndinin qəbiristanlığını tamamilə dağıdıblar - VİDEO

28 Fev, 2024
11:52
1594

Ermənilər Malıbəyli kəndinin qəbiristanlığını tamamilə dağıdıblar - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Erməni separatçılar işğal dövründə Xocalı rayonunun Malıbəyli kəndinin qəbiristanlığını tamamilə dağıdaraq yer üzündən siliblər.

“Report”un Qarabağ bürosu xəbər verir ki, düşmən 30 ildən çox işğal altında saxladığı kəndin dini, mədəni, tarixi abidələri ilə yanaşı, məzarlığını da dağıdaraq viran qoyub.

İşğalçılar məqsədyönlü şəkildə azərbaycanlılara məxsus məzar daşlarını məhv ediblər. Qəbirlərin başdaşlarını sındırıb, oğurlayaraq aparıb, məzarları isə qazıblar. Bir çox qəbir daşları isə tanınmaz hala salınıb.

Malıbəyli işğaldan azad ediləndən sonra qəbiristanlıqda bərpa işlərinə başlanılıb, bir neçə başdaşı əvvəlki yerinə qaytarılıb. Amma məzarların əksəriyyətinin yerini müəyyənləşdirmək mümkün deyil.

Qəbiristanlığı ziyarət edən malıbəylilər doğmalarının məzarlarını tapa bilməyiblər.

Xatırladaq ki, Malıbəyli kəndi 1992-ci il fevralın 11-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Azərbaycan Ordusunun 2023-cü il sentyabrın 19-20-də keçirdiyi antiterror tədbirləri zamanı kənd işğaldan azad edilib.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri