29 
Fev
2024
00:48
135
37
2026
Virtual karabakh

Suyu israf edənlər cəzalandırılacaqlar? - VİDEO

29 Fev, 2024
00:48
2026

Suyu israf edənlər cəzalandırılacaqlar? - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanda su təsərrüfatı ilə bağlı ayrıca qanun qəbul olunmalıdır“.

Bunu Milli Məclisdə “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda keçirilən dinləmələrdə deputat Fəzail Ağamalı bildirib.

“Təəssüf ki, insanlarımızın suya münasibəti xoşagələn deyil. Çox insafsız davranırlar, bəzən su krantlarını açıq qoyurlar. Buna görə, bu sahədə maarifləndirmə işləri gücləndirilməlidir. Maarifləndirmə işlərinə məhəl qoymayanlar isə qanunvericiliyə uyğun olaraq cəzalandırılmalıdırlar. Cinayət və İnzibati Xətalar Məcəllələrinə xüsusi maddələr əlavə edilməlidir”, - deyə o qeyd edib.

Ətraflı Baku TV-nin süjetində:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri