29 
Fev
2024
21:48
9
203
1626
Virtual karabakh

Gəncədə yük avtomobilinin vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB

29 Fev, 2024
21:48
1626

Gəncədə yük avtomobilinin vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncədə piyadanın ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.

Hərəkətdə olan yük maşını 1960-cı il təvəllüdlü Gülmüzər Nəcəfovanı vurub.

64 yaşlı qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlərin bütün səylərinə baxmayaraq G.Nəcəfova xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

20:24

Gəncə şəhərində piyadanın ağır xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.

Yolu qarşı tərəfə keçmək istəyən Gəncə şəhər sakini, 1960-cı il təvəllüdlü G.Nəcəfovanı yük maşını vurub.

Qadın ağır xəsarət alıb və xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri