Mar
2024
09:32
32
13
729
Virtual karabakh

Media.Az 6 yaşında - VİDEO

1 Mar, 2024
09:32
729

Media.Az 6 yaşında - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Media.Az xəbər portalının 6 yaşı tamam olur.

Sayt 2018-ci il martın 1-dən fəaliyyətə başlayıb və qısa müddət ərzində geniş oxucu auditoriyası toplayıb.

Media.Az bütün sutka ərzində, günün 24 saatı işləyir, saytda rus dilində xəbərlər dərc edilir.

Ölkədə və dünyada baş verən ən mühüm hadisələri işıqlandıran Media.Az portalı geniş oxucu auditoriyasına malikdir. 

Saytda aktual xəbərlərlə yanaşı, müsahibələr, analitik məqalələr, foto və videoreportajlar da dərc olunur. 

Dəqiq müəyyənləşdirilmiş informasiya siyasəti və sosial şəbəkələrdəki fəal iş sayəsində Media.Az Azərbaycanın media məkanında özünün layiqli yerini tutub. 

Qeyd edək ki, Media.Az “Global Media Group”a daxildir.

Biz də Oxu.Az saytı olaraq həmkarlarımızı ürəkdən təbrik edir, onlara bol-bol uğur arzulayırıq.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri