Mar
2024
10:28
10
94
3420
Virtual karabakh

21 il əvvəl qadının ərini öldürərək quyuya atmasının TƏFƏRRÜATI

1 Mar, 2024
10:28
3420

21 il əvvəl qadının ərini öldürərək quyuya atmasının TƏFƏRRÜATI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Naxçıvanın Kəngərli rayon Qarabağlar kəndində 21 il əvvəl törədilmiş qətlin bəzi təfərrüatı məlum olub.

APA-nın əldə etdiyi məlumata görə, hadisə zamanı qətlə yetirilən Məhəmməd Kərimov spirtli içki aludəçisi olub.

O, spirtli içki qəbul edərək arvadı və uşaqlarını döyürmüş. Hadisə günü də Məhəmməd Kərimov sərxoş halda evə gəlib. Bu zaman arvadı Həlimə Kərimova ona içki içdiyinə görə irad bildirib. Tərəflər arasında mübahisə yaranıb. Məhəmməd Kərimov arvadı Həlimə Kərimovanı döyərkən qadın həyətə qaçıb. Kişi onun dalınca qaçaraq tutmaq istəyərkən Həlimə Kərimova yerdən daş götürərək əri Məhəmməd Kərimovun baş nahiyəsinə bir neçə zərbə vuraraq onu qətlə yetirib. Daha sonra qadın ərinin meyitini quyuya ataraq basdırıb.

Bundan sonra Həlimə Kərimova bütün kəndə və qohumlara Məhəmməd Kərimovun Türkiyəyə işləməyə getdiyini və ondan xəbər almadıqlarını bildirib.

Qadının ərini qətlə yetirməsini bir özü və övladları bilib. 21 ildən sonra cinayətin üstünün açılmasına səbəb isə Həlimə Kərimovanın qızının həyat yoldaşından boşanması olub. Keçmiş kürəkən kənddə bir neçə şəxsə Məhəmməd Kərimovun arvadı tərəfindən öldürüldüyü ilə bağlı məlumat verib.

Bundan sonra prokurorluq və daxili işlər orqanlarının əməkdaşları tərəfindən cinayətin izinə düşülüb. Məlumat dərindən öyrənilib və hadisənin üstü açılıb.

Hazırda faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) ilə maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri aparılır. Həlimə Kərimova barəsində heç yerə getməməklə bağlı qətimkan tədbiri seçilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri