Mar
2024
12:48
71
8
2768
Virtual karabakh

Dövlət hesabına xaricdə oxumaq istəyənlərin nəzərinə: Qəbul BAŞLAYIR

1 Mar, 2024
12:48
2768

Dövlət hesabına xaricdə oxumaq istəyənlərin nəzərinə: Qəbul BAŞLAYIR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-26-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2024-25-ci tədris ili üzrə martın 1-dən sənəd qəbuluna start verilir. Sənəd qəbulu iyunun 15-dək davam edəcək.

Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Dövlət Proqramı çərçivəsində 2024-25-ci tədris ili ilə əlaqədar prioritet ixtisas sahələrinə uyğun bakalavriat və magistratura təhsil proqramlarının nüfuzlu xarici ali təhsil müəssisələri üzrə siyahısı 2023-cü il noyabrın 13-də ictimaiyyətə təqdim edilib. Proqrama müraciət üçün əsas şərtlərdən biri məhz sözügedən siyahıda yer alan universitetlərdən müvafiq sahə və proqramlar üzrə qəbul sənədinin əldə edilməsidir.

Namizədlər, həmçinin, müvafiq reytinq cədvəllərində universitetlər üzrə ilk 10-luqda yer almış ali təhsil müəssisələri tərəfindən təqdim olunan istənilən ixtisas sahəsi üzrə bakalavriat və ya magistratura proqramlarından əldə etdikləri qəbul sənədləri əsasında müsabiqədə iştirak edə bilərlər. Bununla yanaşı, bu il ilk dəfə mədəniyyət və incəsənət sahəsi üzrə nüfuzlu ali təhsil müəssisələri tərəfindən təqdim olunan bakalavriat və magistratura proqramları ilə bağlı namizədlərin müraciətləri qəbul ediləcək.

Qeyd edək ki, 2024-25-ci tədris ili üzrə qəbul nəticələrindən asılı olaraq, iyul ayında ikinci sənəd qəbulunun həyata keçirilməsi nəzərdə tutulur.

Proqrama qəbulla bağlı müvafiq elanın mətni Elm və Təhsil Nazirliyinin saytında yerləşdirilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri