Mar
2024
11:14
13
240
3258
Virtual karabakh

Narkoman sürücü Bakıda insanların həyatını təhlükəyə atdı - ANBAAN VİDEO

2 Mar, 2024
11:14
3258

Narkoman sürücü Bakıda insanların həyatını təhlükəyə atdı - ANBAAN VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunub ki, Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydasını pozduğu üçün VAZ-2106 markalı, 90-TK-116 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə “saxla” işarəsi verilsə də o, buna məhəl qoymayaraq hərəkətini davam etdirib.

Görülən tədbirlərlə yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükə yaradan sürücü Rəşad Fuad oğlu Əsgərov saxlanılıb.

Sənədləri yoxlanılan zaman R.Əsgərovun sürücülük hüququnun olmadığı və idarə etdiyi nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının başqa avtomobilə məxsus olduğu aşkarlanıb, eləcə də sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı R.Əsgərovun narkotik vasitə qəbul etməsi də aşkarlanıb.

Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə R.Əsgərov 20 sutka inzibati qaydada həbs edilib.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri