Mar
2024
01:18
30
268
5000
Virtual karabakh

Bakıda türkiyəli yutuber icarəyə götürdüyü avtomobili yolun ortasında qoyub qaçıb

3 Mar, 2024
01:18
5000

Bakıda türkiyəli yutuber icarəyə götürdüyü avtomobili yolun ortasında qoyub qaçıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sosial platformalarda yutuber Deniz Aksoy adı ilə tanınan Türkiyə vətəndaşı Deniz Hocaoğlu bir neçə gün öncə Bakıda “Ford Mustang” markalı avtomobil icarələyib. Şirkət də sifarişi çatdırılma xidməti ilə Aksoyun qaldığı hotelə təhvil verib.

Patrul.az xəbər verir ki, sözügedən şəxs avtomobili istifadə etdikdən sonra “yanacağım bitdi” bəhanəsi ilə zədələdiyi maşını təhvil vermədən, elə yolun ortasındaca buraxaraq qaçıb. Şirkət maşını tərk edildiyi yoldan götürdükdə məlum olub ki, avtomobillə qəza törədib və maşına çoxlu cərimələr yazılıb.

Şirkətin nümayəndəsi Türkiyə vətəndaşı ilə əlaqə saxlayaraq dəymiş ziyanın ödənilməsini tələb etdikdə, əvvəlcə “mən ödəyərəm” deyib, ardınca isə “işim var, azərbaycanlı xanımla əylənirəm, sonra gələcəyəm” kimi nalayiq ifadələr işlədib. Bir neçə gün öncə Azərbaycanı tərk edən Aksoyun törətdiyi əməllə bağlı dərhal polisə məlumat verilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri