Mar
2024
01:52
14
170
3032
Virtual karabakh

Göygöldə toy karvanının avtomobilləri qəzaya uğrayıb: Ölən və xəsarət alanlar var - FOTO/VİDEO

3 Mar, 2024
01:52
3032

Göygöldə toy karvanının avtomobilləri qəzaya uğrayıb: Ölən və xəsarət alanlar var - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Göygöl rayon Üçtəpə kəndində ağır yol-nəqliyyat hadisəsi olub.

“Report”un məlumatına görə, toy mərasimindən qayıdan avtomobil karvanında olan nəqliyyat vasitələrindən biri digər avtomobillə toqquşub.

Xəsarət alanlar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıblar.

Tibbi yardımlara baxmayaraq, yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanlardan biri - 1998-ci il təvəllüdlü Cavid Mürsəlovun həyatını xilas etmək mümkün olmayıb.

Digər xəsarət alan şəxslər - 1998-ci il təvəllüdlü Ruslan Rüstəmov və 22 yaşlı Ələkbər Orucovun müalicəsi davam etdirilir.

Qeyd edək ki, toy mərasimindən qayıdan şəxslərin olduğu BMW markalı avtomobil VAZ-2106 markalı avtomobillə toqquşub, sonra idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Zərbənin gücündən avtomobildə olanlardan birinin avtomobildən çıxaraq bir neçə metr kənara düşdüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri