Mar
2024
10:27
16
283
6920
Virtual karabakh

Göyçayda avtoqəzada ölən şəxs tanınmış fotoqraf olub - YENİLƏNİB + FOTO

4 Mar, 2024
10:27
6920

Göyçayda avtoqəzada ölən şəxs tanınmış fotoqraf olub - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Göyçaydakı qəzada ölən şəxslərdən biri - Xəqani Bağırov rayonda tanınmış fotoqraf olub.

Bununla bağlı “Qafqazinfo” məlumat yayıb.

Hadisənin onun dostları ilə birgə toydan çıxıb evə gedərkən baş verdiyi bildirilir.

Qeyd edilib ki, qəzaya düşən “KIA Sportage” markalı avtomobil “Rent a car”a məxsus olub və icarə əsasında Xəqani Bağırov tərəfindən idarə edilirmiş.

09:24

Göyçayda ağır avtomobil qəzası baş verib, ölənlər və yaralanan var.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, Göyçay rayonunun Müskürlü kəndi ərazisində KIA markalı avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü Xəqani Bağırovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Müxtəlif bədən xəsarətləri alan sürücü, eləcə də iki sərnişini, 1991-ci il təvəllüdlülər - Asif Gülməmmədov və Elçin Əsgərov hadisə yerində ölüblər. Digər bir sərnişin isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Faktla bağlı cinayət işi başlanılıb.

03:00

Göyçay-Ucar avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə zamanı üç nəfər ölüb, bir nəfər isə ağır yaralanıb.

Hazırda əraziyə Göyçay təcili tibbi yardım briqadasının əməkdaşları və polis cəlb olunub.

Yaralıların Ucar Rayon Mərkəzi Xəstəxanasına aparıldığı bildirilir. Əlavə məlumat veriləcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri