Mar
2024
22:02
62
11
985
Virtual karabakh

Ümumölkə yerüstü yayımçısı lisenziyası üçün iki radiokanal müraciət edib

4 Mar, 2024
22:02
985

Ümumölkə yerüstü yayımçısı lisenziyası üçün iki radiokanal müraciət edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi üçün elan edilən müsabiqə başa çatıb.

Azərbaycan Audiovizual Şurasından verilən məlumata görə, Şuranın 23 yanvar 2024-cü il tarixdə elan etdiyi müsabiqə üzrə sənəd qəbulu başa çatıb.

Müsabiqəyə iki ərizəçi sənədlərini təqdim edib:

“Sağlam Media” Məhdud Məsuliyyətli Cəmiyyəti (radiokanalın adı: “Sağlam Radio”)

“Orion Sky” Məhdud Məsuliyyətli Cəmiyyəti (radiokanalın adı: “Həyat FM”)

“Media haqqında” Azərbaycan Respublikası Qanununun 52.4-cü maddəsinə əsasən növbəti 10 iş günü müddətində təqdim olunmuş sənədlərə baxılacaq və ərizəçilərin müsabiqəyə buraxılmaları və ya müsabiqəyə buraxılmasından imtina edilmələri barədə qərarlar qəbul ediləcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri