10 
Mar
2024
16:36
113
15
1133
Virtual karabakh

Caliber.az portalının üç yaşı tamam olur - VİDEO

10 Mar, 2024
16:36
1133

Caliber.az portalının üç yaşı tamam olur - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Caliber.az informasiya-analitik portalının üç yaşı tamam olur.

Rus, ingilis və erməni dillərində fəaliyyət göstərən portal oxucuları dünyada baş verən ən aktual xəbərlərlə təmin edir, analitik məqalələr, müsahibələr, videomateriallar hazırlayır.

Caliber.az qısa müddətə həm Azərbaycanda, həm də xaricdə nəinki oxunaqlı, eyni zaman istinad edilən hörmətli sayta çevrilib.

Caliber.az-ın “YouTube” kanalının aylıq baxış sayı altı milyonu ötüb və bu göstərici gündən-günə artır. Kanalın 274 min nəfərdən çox abunəçisi var. Son bir ildə isə abunəçilərin sayı 70 min artıb. “Telegram” kanalı isə 64 min abunəçi sayına çatmaqla Azərbaycanın ən böyük rusdilli auditoriyasina sahibdir.

Oxu.Az kollektivi adından həmkarlarımızı təbrik edir, onlara işlərində uğurlar arzu edirik!

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri