18 
Mar
2024
10:45
32
9
2007
Virtual karabakh

IX siniflərin buraxılış imtahanının nəticələri nə zaman elan olunacaq? - RƏSMİ

18 Mar, 2024
10:45
2007

IX siniflərin buraxılış imtahanının nəticələri nə zaman elan olunacaq? - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Martın 17-də keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələrinin yaxın dörd həftə ərzində elan olunması nəzərdə tutulur.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, hazırda imtahan materiallarının emalı aparılır:

“Yazılı cavab verilməsi tələb olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən buraxılış imtahanının nəticələrinin yaxın dörd həftə ərzində elan olunması nəzərdə tutulur”.

Xatırladaq ki, ötən gün imtahanda 46 741 şagirdin iştirakı gözlənilirdi. Bir nəfərdə mobil telefon, bir nəfərdə isə “ağıllı” saat aşkar edildiyi üçün imtahandan xaric edilib və araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri