Apr
2024
12:47
19
311
6892
Virtual karabakh

Qaz kəmərindəki sızma partlayışa səbəb olub? - RƏSMİ AÇIQLAMA + YENİLƏNİB/VİDEO

3 Apr, 2024
12:47
6892

Qaz kəmərindəki sızma partlayışa səbəb olub? - RƏSMİ AÇIQLAMA + YENİLƏNİB/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Xəzər rayonu Binə qəsəbəsində partlayış baş verən ərazidə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinə aid olan yeraltı qaz kəməri olmayıb”.

Bunu Oxu.Az-a açıqlamasında “Azəriqaz” İstehsalat Birliyinin Mətbuat Xidmətinin rəhbəri Eldəniz Əliyev deyib.

O, qeyd edib ki, hadisənin başvermə səbəbləri yaxın günlərdə məlum olacaq:

“Sözügedən ərazidə qaz kəməri olmadığından burada hansısa sızma nəticəsində partlayış baş verməsi ehtimal edilmir. Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparırlar. Nəticəsi yəqin ki, yaxın günlərdə məlum olacaq”.

12:03

Xəzər rayonun Binə qəsəbəsində ölümlə nəticələnən hadisənin kanalizasiya xəttində baş verdiyi iddia olunub.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab verən “Azərsu” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, sözügedən ərazidə ümumiyyətlə kanalizasiya xətti olmayıb:

“Ərazidə kanalizasiya xətləri mövcud deyil. Vətəndaş özünə məxsus quyuda iş görərkən bədbəxt hadisə baş verib”.

01:54

Bakının Xəzər rayonunda ölümlə nəticələnən hadisə baş verib.

APA xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.

1983-cü il təvəllüdlü Şahid Ədalət oğlu Mehrəliyev yeraltı su kanalizasiya xəttində iş görən zaman oradan keçən qaz borusunda sızma olub.

Nəticədə partlayış baş verib.

Ş.Mehrəliyev ayaq sümüklərinin sınığı, açıq kəllə beyin travması və üz yanığı diaqnozu ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Nəzrin Vahid

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri