Apr
2024
16:42
87
57
2596
Virtual karabakh

Xırdalanda yaşayış binasının damında aparılan qanunsuz tikinti işləri dayandırılıb - YENİLƏNİB + FOTO/VİDEO

3 Apr, 2024
16:42
2596

Xırdalanda yaşayış binasının damında aparılan qanunsuz tikinti işləri dayandırılıb - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

31 avqust 2023-cü il tarixində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Abşeron rayonu, Xırdalan şəhəri, Məmməd Əmin Rəsulzadə küçəsi ünvanında müvafiq icazəverici sənədlər olmadan qanunsuz olaraq həyata keçirilən tikinti işləri dayandırılıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib.

Bildirilib ki, quruma sözügedən dövrdə çoxmərtəbəli yaşayış binasında özbaşına tikinti (binanın dam hissəsində layihədən kənar tikinti işləri) ilə bağlı məlumat daxil olub:

“31 avqust 2023-cü il tarixində heç bir müvafiq icazəverici sənədlər olmadığından qanunsuz olaraq həyata keçirilən tikinti işləri dayandırılıb. 1 aprel 2024-cü il tarixindən etibarən isə sözügedən ünvanda görülən işlərlə əlaqədar layihəyə uyğun sənədlər təqdim edilmədiyindən komitə tərəfindən cəhdin qarşısı yenidən alınmış və aidiyyəti qurumlarla birlikdə söküntü işlərinə başlanılıb”.

16:23

Xırdalanda 14 mərtəbəli yaşayış binasının üzərində dəmir karkaslar qurulub.

Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə edilən paylaşımlarda Abşeron rayonu Xırdalan şəhəri Məhəmməd Əmin Rəsulzadə küçəsi, 21 ünvanında yerləşən binanın sahibinin əlavə mərtəbə artırmaq niyyətində olduğu vurğulanır.

Xatırladılır ki, sözügedən ünvanda bu məsələ hələ ötən ilin sentyabr ayında gündəmə gəlib və aidiyyəti üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən tikintinin qarşısı alınıb. Ancaq məsələnin üstündən aylar keçsə də, karkaslar hələ də sökülməyib.

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 21 ünvanında “Kristal AA” MTK tikinti şirkəti tərəfindən yeni inşa olunan çoxmərtəbəli yaşayış binasının dam hissəsində qeyri-qanuni şəkildə mansard tipli əlavə tikintinin aparıldığı müşahidə olunub:

“Abşeron RİH tərəfindən, qanunvericiliyə uyğun olaraq, sözügedən tikinti işləri dayandırılıb və zəruri tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara müraciətlər edilib. Bundan sonra RİH-in və aidiyyəti qurumların iradını nəzərə alan “Kristal AA” MTK tikinti şirkəti tərəfindən qeyri-qanuni inşa olunan hissə sökülüb. Bildirmək istərdik ki, hazırda sözügedən binanın dam hissəsində hər hansı tikinti işi aparılmır”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri