Apr
2024
18:50
7
206
2401
Virtual karabakh

Lənkəranda yük maşını traktorla toqquşdu: Ölən və xəsarət alanlar var - YENİLƏNİB + FOTO/VİDEO

3 Apr, 2024
18:50
2401

Lənkəranda yük maşını traktorla toqquşdu: Ölən və xəsarət alanlar var - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lənkəranda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanlardan biri ölüb.

“Report”un məlumatına görə, ağır xəsarət alan 1997-ci il təvəllüdlü Samir Yusif oğlu Abbasov xəstəxananın reanimasiya şöbəsində vəfat edib.

Sıxılaraq deformasiyaya uğrayan yük avtomobilinin içində qalan S.Abbasov xilasedicilər tərəfindən yük maşınından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Xəstəxanada onu xilas etmək mümkün olmayıb.

17:10

Lənkəranda baş verən qəzada xəsarət alan şəxslərin kimliyi məlum olub.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Lənkəranda “Hyundai” markalı yük avtomobili “Belarus” markalı traktorla toqquşub. Qəza nəticəsində Lənkəran rayon sakinləri - 1986-cı il təvəllüdlü Amil Möhübbət oğlu Qafarov, 1982-ci il təvəllüdlü Elməddin Rəfael oğlu Cavadov və 1997-ci il təvəllüdlü Samir Yusif oğlu Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Vəziyyətləri ağır olan E.Cavadov və S.Abbasov reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, hadisə Ələt-Astara magistralının 171 km-də qeydə alınıb. Qəzada yol kənarındakı mühafizə hasarına da ciddi ziyan dəyib.

17:00

Lənkəran şəhərində yük maşını traktorla toqquşub.

“Report”un cənub bürosunun məlumatına görə, hadisə “ASAN xidmət”in qarşısında baş verib.

Qəzada ağır yaralanan traktorun sürücüsü təcili yardımın köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq Reanimasiya şöbəsinə yerləşdirilib.

Yük maşınında sıxılmış vəziyyətdə qalan iki nəfərin Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri tərəfindən deformasiyaya uğramış avtomobildən çıxarılması işləri aparılır.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri