Apr
2024
18:12
89
15
1572
Virtual karabakh

Azərbaycan Milli Konservatoriyası yenidən təşkil edilir

3 Apr, 2024
18:12
1572

Azərbaycan Milli Konservatoriyası yenidən təşkil edilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nazirlər Kabineti Azərbaycan Milli Konservatoriyasının yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında qərar verib.

Oxu.Az-ın xəbərinə görə, Azərbaycan Milli Konservatoriyası Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Milli Konservatoriyasına çevrilmə yolu ilə yenidən təşkil ediləcək.

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi bu Qərar qüvvəyə mindiyi tarixdən 3 (üç) gün müddətində Azərbaycan Milli Konservatoriyasının “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin görülməsini təmin etməlidir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri