Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Restoranın tüstüsü sakinləri narahat etdi: Cavabdeh qurum hərəkətə keçdi - AÇIQLAMA + VİDEO
Xətai rayonu, metronun “Əhmədli” stansiyasının çıxışındakı restoranlardan birindən şikayət var.
Bununla bağlı Oxu.Az-a sakinlər məlumat veriblər.
Belə ki, restorandan havaya buraxılan tüstü ətrafda yaşayan insanları narahat edir. Dəfələrlə edilən müraciətlərə baxmayaraq, hər hansı tədbir görülmür.
Daxil olan şikayətlə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə sorğu ünvanladıq.
Xidmətdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən ərazidə monitorinq keçiriləcək, havadan nümunələr götürülərək araşdırılacaq. Havaya normadan artıq tullantı atıldığı aşkar olunarsa, restoran sahibi barəsində qanunamüvafiq tədbir görüləcək.
Videonu təqdim edirik:
Əzizə İsmayılova