Sen
2015
18:30
107
15
8939
Virtual karabakh

Azərbaycanlı fotoqraf “Best Edit”in qalibi seçildi – FOTO

7 Sen, 2015
18:30
8939

Azərbaycanlı fotoqraf “Best Edit”in qalibi seçildi – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Onun işi yerli oxucuların böyük rəğbətinə səbəb oldu.

“National Geographic” jurnalının ABŞ redaksiyanın ənənəvi “Best Edit” seçimində növbəti qalib Azərbaycanın yerli nəşri olub. 

Oxu.Az xəbər verir ki, “National Geographic Azərbaycan” jurnalının bu ilin sentyabrında dərc edilmiş yubiley buraxılışı üçün azərbaycanlı fotoqraf Rəna Əfəndinin təqdim etdiyi “Qahirəni Unutmaq” fotojurnalı “National Geographic”-in beynəlxalq buraxılışları arasında “Best Edit” qalibi seçildi. 

“Best Edit” qalibinin seçim meyarları mövzunun aktuallığı və təsir gücü, fotoşəkillərin uğurlu və effektli olması kimi prinsiplərə əsaslanır. Bir müddət Misirin paytaxtında yaşamış məşhur fotoqraf fotojurnalda daha fərqli bir Qahirəni sadə şəhər sakinlərinin simasında təqdim etmiş, insanların, xüsusilə də uşaqların çətin və əzablı həyatını lentə həkk etmişdir.  

Rəna Əfəndi 2005-ci ildən sənədli fotoqrafiya ilə məşğuldur. O, “Fifty Crows” və “World Press Photo” kimi nüfuzlu fotomüsabiqələrin laureatıdır. 2007-ci ildə ABŞ-in “Photo District News” jurnalı Rəna Əfəndini dünyada 30 ən məşhur fotoqraf siyahısına daxil edib. Onun çəkdiyi fotoşəkillər “Le Monde”, “Le Figaro”, “Liberation”, “Courrier International”, “Newsweek”, “Days Japan”, “Reponses Phot və s. jurnallarda dərc edilib. Rəna Əfəndi “Pipe Dreams” (“Xülyalar”) fotokitabının müəllifidir. 

Onun “National Geographic” jurnalında ilk işi Transilvaniya ərazisində ot biçini mədəniyyəti və ənənəvi kənd təsərrüfatı həyat tərzi haqda “Transilvaniya çölləri” məqaləsi olmuşdur. Bu məqalə üçün Rumıniyada çəkdiyi fotoşəkillər “World Press Photo” müsabiqəsində III yerə layiq görülüb.

Adı çəkilən jurnal üçün ikinci işi, müasir Hindistanda Mahatma Qandinin həyat və mədəni irsindən bəhs edən “Qandinin izi ilə” məqaləsi həmçinin “National Geographic Azərbaycan” jurnalında dərc edildi və yerli oxucularımızın böyük rəğbətinə səbəb oldu. 

Rəna Əfəndinin “Qahirəni Unutmaq” fotojurnalı daha ətraflı “National Geographic Azərbaycan” dərgisinin sentyabr buraxılışında!

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri