14 
May
2019
10:29
54
116
2328
Virtual karabakh

Səfir: Azərbaycanın yarışlara ev sahibliyi etmək kimi müsbət reputasiyası var

14 May, 2019
10:29
2328

Səfir: Azərbaycanın yarışlara ev sahibliyi etmək kimi müsbət reputasiyası var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın istər idman, istərsə də qeyri-idman yarışlarına ev sahibliyi etmək kimi çox yaxşı və müsbət reputasiyası var. 

Bu fikirləri Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Krofts İTV-nin canlı efirində Bakıda keçiriləcək Avropa Liqasının final mərhələsinin oyunu haqqında danışarkən bildirib. 

“Çelsi” – “Arsenal” oyununa maraq  həddindən artıq böyükdür. Çoxlu britaniyalı azarkeşlər var ki, bilet alaraq, oyunu stadionda izləmək istəyirlər. Səfirlik bu böyük günlə əlaqədar gərgin işləyir. Suallar təkcə oyunla bağlı deyil, oyundan kənar finalın keçirildiyi şəhər və ölkə ilə də bağlıdır. 

Bu klubların azarkeşlərinin bir çoxu artıq Bakıda olublar. Çünki finalda qarşılaşacaq komandalar ayrı-ayrı vaxtlarda Bakıda oyunlar keçiriblər. Bundan başqa, “Tottenham” klubu və Şimali İrlandiya yığması da Azərbaycanın paytaxtında olub. 

Azarkeşlər internet üzərində lazımi informasiyalar aldıqdan sonra səyahət planlarını qururlar, bundan başqa, onların dəstəklədiyi komandaların da azarkeşlərlə bağlı planları olur. Səfirlik Bakıya təşrif buyuracaq azarkeşləri Bakı aeroportunda qarşılayacaq və orada onlara üzərində mühüm məlumatların əks olunduğu bukletlər paylanacaq. Bununla yanaşı, istənilən konsulluq xidmətləri də azarkeşlərə orada göstəriləcək”.

K.Krofts əlavə edib ki, səfirlik Azərbaycanın rəsmi orqanları ilə həddindən artıq sıx əməkdaşlıq şəraitində işləyir. 

“Buraya Britaniyanın rəsmi qurumları da daxildir və onların təmsilçiləri artıq Bakıdadırlar. Hər iki komandanı təmsil edən qruplar da Azərbaycanın paytaxtındadır. London polisinin təmsilçiləri Bakıya gələcək. Lazımi dəstəyi vermək üçün Britaniya nümayəndə heyətləri Bakıya səfərlər edirlər.

Hesab edirəm ki, biz hər iki tərəfi təmsil edən öz işinin peşəkarları ilə işləyirik və işlərimizin nəticələrinin uğurlu olacağına əminəm”.

Samir İsayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri