19 
Sen
2019
13:25
298
69
32136
Virtual karabakh

DÇ-dən kənarlaşdırılmış Hacı Əliyev barədə hakimlər son qərarını açıqladı - RƏSMİ

19 Sen, 2019
13:25
32136

DÇ-dən kənarlaşdırılmış Hacı Əliyev barədə hakimlər son qərarını açıqladı - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatından (DÇ) diskvalifikasiya edilən Hacı Əliyev barədə yekun qərar verilib.

Azərbaycan Güləş Federasiyasından Oxu.Az-a verilən xəbərə görə, yekun olaraq Hacı Əliyevin diskvalifikasiya qərarı ləğv olunub.

Belə ki, üçqat dünya və üçqat Avropa çempionumuz Hacı Əliyev (-65 kq) uduzduğu rusiyalı Hacımurad Rəşidov finala çıxacağı halda, bürünc medal üçün təsəlliverici yarışlara qatılacaq.

Bundan başqa, 57 kq çəki dərəcəsində digər rusiyalı Zaur Uquyevə uduzmuş Mahir Əmiraslanov da rəqibinin əlinin qaldırılması mərasiminə qatılmayıb. Baş hakim onun diskvalifikasiya ediləcəyini bildirib. Lakin federasiyadan bildirdilər ki, bu idmançı diskvalifikasiya edilməyib və Uquyev finala çıxacağı halda, onun da bürünc medal qazanmaq şansı olacaq.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri