11 
Avq
2021
00:27
430
108
10295
Virtual karabakh

PSJ Messi transferini rəsmən açıqladı - YENİLƏNİB+VİDEO

11 Avq, 2021
00:27
10295

PSJ Messi transferini rəsmən açıqladı - YENİLƏNİB+VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

PSJ Lionel Messinin transferini rəsmən açıqlayıb.

Müvafiq videoçarx klubun “Twitter” səhifəsində yayımlanıb.

Klubun mətbuat xidmətindən yayılan məlumata görə, Messi ilə 2+1 prinsipi əsasında müqavilə imzalanıb. Sənəddə Argentina millisinin futbolçusunun Fransa klubu üzərindəki prioriteti də öz əksini tapıb. 

“PSJ-də karyeramın yeni fəslini başlamağıma çox şadam. Klubda hər şey mənim futbol ambisiyalarıma uyğun gəlir. Mən burada necə istedadlı kollektiv və məşqçi heyətinin olduğunu bilirəm. “Park de Prens”in meydançasına çıxmağı səbirsizliklə gözləyirəm”, – deyə Lionel Messi jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edək ki, 34 yaşlı futbolçu Fransa klubunda 30 nömrəli forma ilə çıxış edəcək.

18:52

PSJ klubu hücumçu Lionel Messinin komandaya keçidini anons edib.

Klubun “Twitter” səhifəsində müvafiq videoçarx yerləşdirilib.

Görüntülərdəki 6 qızıl top və Argentina millisinin idman geyimi məhz Messinin transferinə işarədir.

Qeyd edək ki, futbolçunun Paris klubuna keçidinin rəsmən elan ediləcəyi güman edilən mətbuat konfransı sabah Bakı vaxtilə saat 13:00-da baş tutacaq.

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri