“Formula-1” üzrə Rusiya Qran-prisi keçirilməyəcək.
Oxu.Az xəbər verir ki, bu barədə “Formula-1” məlumat yayıb.
Məlumatda Rusiyanın Ukraynaya hücumu əsas gətirilib. Belə ki, dünən axşam “Formula-1”, FIA (Beynəlxalq Avtomobil Federasiyası) və komandalar bu məsələni müzakirə edib və qərara gəlinib ki, indiki durumda Rusiyada yarışın keçirilməsi mümkün deyil.
A statement on the Russian Grand Prix pic.twitter.com/OZbbu9Z8ip
— Formula 1 (@F1) February 25, 2022
Qeyd edək ki, Soçidə baş tutmalı olan yarış 23-25 sentyabr tarixlərinə keçirilməli idi.
Səbuhi Musa