Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

“Napoli” Osimhenin qarşılığında “Mançester Yunayted”dən 100 milyon avro və Ronaldunu tələb edir - FOTO
Kriştianu Ronaldunun agenti Xorxe Mendeş müştərisini “Napoli”yə transfer etməyə çalışır.
Bu barədə jurnalist Canluka Di Marzio xəbər verib.
Onun sözlərinə görə, bu müqavilənin bir hissəsi olaraq, nigeriyalı hücumçu Viktor Osimhen əks istiqamətdə hərəkət edə bilər.
#Calciomercato #SerieA | @sscnapoli, #Osimhen parte solo dai 100 milioni in su. Mendes spinge per #Ronaldo in azzurrohttps://t.co/lrzr5jtyDK
— Gianluca Di Marzio (@DiMarzio) August 26, 2022
“Napoli”də isə açıq şəkildə bildirilib ki, Osimheni ingilis klubuna yalnız “qırmızı şeytanlar”ın 100 milyon avro ödəyəcəyi və Ronaldunu icarəyə verəcəyi təqdirdə buraxacaqlar. Eyni zamanda mankunianlılar 37 yaşlı portuqaliyalının maaşının böyük hissəsini ödəməlidirlər.
“Napoli”nin hücumçusu Viktor Osimhenin agenti Roberto Kalenda müştərisinin hücumçu Kriştianu Ronaldunun qarşılığında “Mançester Yunayted”ə transfer oluna biləcəyi məsələsinə şərh verib.
Onun sözlərinə görə, heç bir danışıq, mübadilə yoxdur.
“Viktor Osimhen “Napoli”nin oyunçusudur, məşqçi və komanda yoldaşları ilə birlikdə Çempionlar Liqasında özünü sübut etmək istəyir”, - deyə Kalenda özünün “Twitter” hesabında yazıb.
Nessuna trattativa in corso, nessuno scambio.
— Roberto Calenda (@RobertoCalenda) August 26, 2022
Victor Osimhen è un giocatore del Napoli e vuole giocare la Champions col suo Napoli dopo averla conquistata sul campo con orgoglio insieme a mister e compagni. @victorosimhen9 #teamRC
“Mançester Yunayted”in Ronaldu ilə müqaviləsi 2023-cü ilin iyun ayına qədər qüvvədədir. Klub ötən mövsüm Premyer Liqanı altıncı pillədə başa vurub və 2022/23 Çempionlar Liqasına vəsiqə qazana bilməyib.
Mənbə: Gazeta.ru, RT