Noy
2022
16:04
257
17
2788
Virtual karabakh

Azərbaycan əsilli gimnast dünya çempionatında tarixi nəticəyə imza atıb - VİDEO

4 Noy, 2022
16:04
2788

Azərbaycan əsilli gimnast dünya çempionatında tarixi nəticəyə imza atıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük Britaniyanı təmsil edən Azərbaycan əsilli idman gimnast Cesika Qədirova İngiltərənin Liverpul şəhərində keçirilən dünya çempionatında bürünc medal əldə edib.

“Report”un məlumatına görə, hakimlərdən 55,199 xal alan 17 yaşlı idmançı çoxnövçülükdə fəxri kürsünün 3-cü pilləsinə qalxıb. Qədirova bununla tarixi nəticəyə imza atıb.

Bu, Böyük Britaniyanın dünya çempionatında qadınlar arasında şəxsi çoxnövçülük üzrə ilk medalı olub.

Qeyd edək ki, istedadlı idmançının əkiz bacısı Cennifer Qədirova da gimnastika ilə məşğul olur.

Onlar ötən il Yaponiyanın paytaxtı Tokiodakı Yay Olimpiya Oyunlarında 3-cü yeri tutaraq, Böyük Britaniyaya 93 ildən sonra bu idman növü üzrə olimpiya medalı qazandırıblar.

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri