22 
Noy
2022
21:58
228
34
3132
Virtual karabakh

DÇ-2022: Meksika - Polşa oyununda qalib müəyyənləşməyib - YENİLƏNİB

22 Noy, 2022
21:58
3132

DÇ-2022: Meksika - Polşa oyununda qalib müəyyənləşməyib - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qətərdə keçirilən dünya çempionatının C qrupunda ilk tura yekun vurulub.

Oxu.Az-ın məlumatına görə, qrupun 2-ci oyununda Meksika və Polşa yığmaları üz-üzə gəliblər. Qarşılaşmada hesab açılmayıb - 0:0.

Qeyd edək ki, C qrupunun ilk matçında Səudiyyə Ərəbistanı gözlənilmədən Argentina millisinə qalib gəlib - 2:1. Hazırda turnir cədvəlinə 3 xalla ərəblər başçılıq edir. Meksika və Polşa hərəyə 1 xalla 2-3-cü yerləri bölüşdürür. Xalı olmayan Argentina seçməsi isə sonuncudur.

21:08

Qətərdəki dünya çempionatında Meksika və Polşa yığmaları arasında keçirilən C qrupunun ilk tur oyununda ikinci hissə başlayıb.

Oxu.Az-ın məlumatına görə, hələlik qarşılaşmada hesab açılmayıb - 0:0.

20:54

Qətərdəki dünya çempionatında Meksika və Polşa yığmaları arasında keçirilən C qrupunun ilk tur oyununda birinci hissə başa çatıb.

Oxu.Az-ın məlumatına görə, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar - 0:0

20:01

Qətərdəki dünya çempionatında Meksika və Polşa milli komandaları arasında C qrupunun ilk tur oyunu başlayıb.

Oxu.Az-ın məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürüb. Görüşü avstraliyalı FIFA referisi Kris Bit idarə edir.

19:38

Qətərdə keçirilən dünya çempionatının C qrupunun ilk turunda üz-üzə gələcək Meksika və Polşa yığmalarının start heyətləri bəlli olub.

Oxu.Az-ın məlumatına görə, komandalar meydana aşağıdakı “11-liklər”lə çıxacaqlar:

Meksika: Gilyermo Oçoa (K), Kevin Alvares, Luis Çaves, Xesus Qalyardo, Ektor Errera, İrvinq Losano, Henri Martin, Sesar Montes, Ektor Moreno, Xorxe Sançes, Aleksis Veqa

Polşa: Voytsex Şesnı, Bartoş Bereşinski, Metti Keş, Kamil Qlik, Yakub Kaminski, Yakub Kivyor, Qjeqoj Krıxovyak, Robert Levandovski (K), Sebastian Şimanski, Nikola Zalevski, Pyotr Zelinski

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri