Dek
2022
20:57
163
47
4979
Virtual karabakh

DÇ-2022: Portuqaliya millisi qrupun son oyununda uduzdu - YENİLƏNİB + VİDEO

2 Dek, 2022
20:57
4979

DÇ-2022: Portuqaliya millisi qrupun son oyununda uduzdu - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Portuqaliya millisi Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsini məğlubiyyətlə başa vurub.

Oxu.Az-ın məlumatına görə, Avropa təmsilçisi H qrupunun son matçında Cənubi Koreya yığmasına 1:2 hesabı ilə uduzub.

İlk qolu 5-ci dəqiqədə Portuqaliya seçməsindən Rikardo Orta vurub. 27-ci dəqiqədə Asiya təmsilçisindən Kim Yunq Qvon tarazlığı bərpa edib. 90+1-ci dəqiqədə isə Xvan Xi Çxan qələbə qoluna imza atıb.

Bu nəticədən sonra xallarını 4-ə çatdıran Cənubi Koreya millisi 2-ci pilləyə yüksəlib. 6 xalı olan Portuqaliya hələlik ilk pillədə qərarlaşıb.

20:51

Qətərdə keçirilən dünya çempionatında Cənubi Koreya və Portuqaliya yığmaları arasında H qrupunun III tur oyununda hesab dəyişib.

90+1-ci dəqiqədə Asiya təmsilçisindən Xvan Xi Çxan 90+1-ci dəqiqədə 2-ci topu avropalıların qapısından keçirib - 2:1.

20:12

Qətərdə keçirilən dünya çempionatında Cənubi Koreya və Portuqaliya yığmaları arasında H qrupunun III tur oyununda 2-ci hissə başlayıb.

Hələlik qarşılaşmada hesab bərabərdir - 1:1.

20:05

Qətərdə keçirilən dünya çempionatında Cənubi Koreya və Portuqaliya yığmaları arasında H qrupunun III tur oyununda ilk hissə başa çatıb.

Komandalar fasiləyə 1:1 hesablı bərabərliklə yollanıblar.

19:31

Qətərdə keçirilən dünya çempionatında Cənubi Koreya və Portuqaliya yığmaları arasında H qrupunun III tur oyununda 2-ci qol vurulub.

27-ci dəqiqədə Asiya təmsilçisindən Kim Yunq Qvon tarazlığı bərpa edib.

19:12

Qətərdə keçirilən dünya çempionatında Cənubi Koreya və Portuqaliya yığmaları arasında H qrupunun III tur oyununda erkən qol vurulub.

Avropa təmsilçisi 5-ci dəqiqədə Rikardo Ortanın qolu ilə hesabı açıb.

19:11

Qətərdə keçirilən dünya çempionatında Cənubi Koreya və Portuqaliya yığmaları arasında H qrupunun III tur oyunu başlayıb.

Oxu.Az-ın məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayıb.

Qətərdə keçirilən dünya çempionatının H qrupunun III turunda üz-üzə gələcək Cənubi Koreya və Portuqaliya yığmalarının komandaları meydana aşağıdakı “11-lik”lərlə çıxıblar:

Cənubi Koreya: 1. Kim Sunqyu, 3. Kim Jin Su, 19. Kim Yunq Qvon, 20. Kvon Ken Von, 15. Kim Mun Hvan, 6. Hvan İn Beom, 5. Yung Vu Yunq, 18. Li Kan İn, 10. Li Ce Son, 7. Hın Min Son, 9. Sun Kyu Ço

Portuqaliya: 22. Dioqu Koşta, 3. Pepe, 24. Antonio Silva, 20. Joau Kanselu, 2. Dioqo Dalot, 16. Vitinya, 18. Ruben Neveş, 17. Joao Mariu, 23. Mateuş Nunyeş, 21. Rikardo Horta, 7. Kriştianu Ronaldu

Qeyd edək ki, görüş saat 23:00-da start götürəcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri