18 
Dek
2022
21:55
1439
212
15015
Virtual karabakh

Dünya çempionu Argentina! - YENİLƏNİB + VİDEO

18 Dek, 2022
21:55
15015

Dünya çempionu Argentina! - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Argentina dünya çempionu olub. 

Oxu.Az xəbər verir ki, cənubi amerikalılar Qətərdə keçirilən dünya çempionatının finalında Fransaya qalib gələrək qalib olublar.

Matçın əsas vaxtında tərəflər hərəyə iki, əlavə vaxtda isə bir dəfə fərqlənib və oyun 3:3 hesabı ilə başa çatıb. 

Qalibi müəyyən etmək üçün 11 metrlik cəribə zərbələrinə ehtiyac yaranıb.

Burada daha dəqiq oynayan Argentina dünyanın ən güclüsü adına sahib çıxıb. 

21:46

Qətərdə keçirilən dünya çempionatının Argentina ilə Fransa arasında oynanılan final matçında qalib penalti zərbələri ilə məlum olacaq. 

Oxu.Az xəbər verir ki, matçın əsas vaxtında tərəflər hərəyə iki, əlavə vaxtda isə bir dəfə fərqlənib və oyun 3:3 hesabı ilə başa çatıb. 

Qalibi müəyyən etmək üçün 11 metrlik cəribə zərbələrinə ehtiyac yaranıb. 

21:38

Qətərdə keçirilən dünya çempionatının final matçında hesab yenidən bərabərləşib. 

Oxu.Az xəbər verir ki, qarşılaşmanın 118-ci dəqiqəsində Kilian Mbappe penalti zərbəsi ilə özünün və komandasının üçüncü qolunu vurub. 

Hazırda Argentina - Fransa oyununda bərabərlikdir - 3:3.

21:30

Qətərdə keçirilən dünya çempionatının final matçında Argentina yenidən önə keçib. 

Oxu.Az xəbər verir ki, qarşılaşmanın 108-ci dəqiqəsində Lionel Messi özünün ikinci, komandasının üçüncü qolunu vurub. 

Hazırda Argentina Fransaya qalib gəlir - 3:2. 

21:07

Qətərdə keçirilən dünya çempionatının final matçında əlavə vaxt başlayıb. 

Oxu.Az xəbər verir ki, qarşılaşmanın əsas vaxtı 2:2 hesablı bərabərliklə başa çatıb.

21:03

Qətərdə keçirilən dünya çempionatının final matçında əsas vaxtda qalib müəyyənləşməyib. 

Oxu.Az xəbər verir ki, matçın 90 dəqiqəsi 2:2 hesablı bərabərliklə başa çatıb. 

Qalibi müəyyən etmək üçün hərəsi 15 dəqiqə olmaqla iki əlavə vaxt oynanılacaq.

20:45

Qətərdə keçirilən dünya çempionatının final matçında hesab bərabərləşib.

Oxu.Az xəbər verir ki, qarşılaşmanın 82-ci dəqiqəsində Kilian Mbappe özünün və Fransanın ikinci qolunu vurub. 

20:43

Qətərdə keçirilən dünya çempionatının final matçında hesab dəyişib.

Oxu.Az xəbər verir ki, qarşılaşmanın 80-ci dəqiqəsində Kilian Mbappe penalti zərbəsi ilə Fransanın ilk qolunu vurub. 

Hazırda Argentina 2:1 hesabı ilə öndədir.

20:07

Qətərdə keçirilən dünya çempionatının final matçında ikinci hissə başlayıb. 

Oxu.Az xəbər verir ki, Argentina və Fransa komandaları arasındakı oyunun ilk yarısını birincilər öndə tamamlayıblar - 2:0.

19:54

Qətərdə keçirilən dünya çempionatının final matçında ilk hissə başa çatıb. 

Oxu.Az xəbər verir ki, Argentina və Fransa komandaları arasındakı oyunun ilk yarısını birincilər öndə tamamlayıblar - 2:0.

19:37

Qətərdə keçirilən dünya çempionatının final matçında hesab dəyişib. 

Oxu.Az xəbər verir ki, qarşılaşmanın 36-cı dəqiqəsində Anxel Di Mariya Argentinanın ikinci qolunu vurub. 

19:23

Qətərdə keçirilən dünya çempionatının final matçında hesab açılıb. 

Oxu.Az xəbər verir ki, qarşılaşmanın 23-cü dəqiqəsində Lieonel Messi penalti zərbəsindən vurduğu qolla Argentinanı hesabda önə çıxarıb.

19:00

Qətərdə keçirilən dünya çempionatının final matçı başlayıb.  

Oxu.Az xəbər verir ki, qarşılaşma saat 19:00-da start götürüb.

Həlledici görüşdə Argentina və Fransa yığmaları üz-üzə gəlirlər.

17:27

Qətərdə keçirilən dünya çempionatının final oyununda üz-üzə gələcək Argentina və Fransa yığmalarının start heyətləri bəlli olub.

Oxu.Az-ın məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

Argentina: Emiliano Martines, Nauel Molina, Kristian Romero, Nikolas Otamendi, Markos Akunya, Anxel Di Mariya, Rodriqo De Paul, Entso Fernandes, Aleksis Makkallister, Lionel Messi, Xulian Alvares

Fransa: Uqo Lyoris (K), Jül Kunde, Rafael Varan, Dayo Upamekano, Teo Ernandes, Adrian Rabyo, Orelyen Çuameni, Antuan Qrizmann, Kilian Mbappe, Usman Dembele, Olivye Jiru

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Həlledici görüşdə Argentina və Fransa yığmaları üz-üzə gəlirlər.

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri