PSJ futbol klubunun hücumçusu Usman Dembele UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu seçilib.
Oxu.Az xəbər verir ki, səsvermə ilk yarımfinal oyunları başa çatdıqdan sonra UEFA-nın rəsmi saytında keçirilib.
Dembele "Bavariya" ilə matçda (5:4) oyunda qol vurub, penaltini dəqiq yerinə yetirib və məhsuldar ötürmə edib.
Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu mükafatına, həmçinin "Atletiko Madrid"in forvardı Antuan Qrizman da iddialı idi.

Qaynar xətt:
(055) 224 12 12